"Taliban" rejimi cadugərləri nəzarətə götürdü



 15:42 02.10.2023     304

Əfqanıstandakı "Taliban" hökuməti özlərini “cadugər” kimi təqdim edən 200 nəfəri sosial iğtişaşlar törətdiklərini əsas gətirərək saxlayıb.

Demedia.az xəbər verir ki,  "Taliban" administrasiyasının Xeyirə Dəvət və Şərdən Qarşısının Alınması Nazirliyinin sözçüsü Akif Mühacir mətbuata açıqlamasında  indiyədək ölkə daxilində həyata keçirilən əməliyyatlarda aralarında saxlanılan şəxslər arasında qadınların da olduğu bildirib.

Mühacir sözügedən şəxslərə qarşı məhkəmə işlərinin başlandığını bildirərək bu cür fəaliyyətlərin dini baxımdan haram olduğunu, cəmiyyətdə korrupsiya və iğtişaşlara səbəb olduğunu qeyd edib.

Bahadur Seyidov