İranda quraqlıq əraziləri səhraya çevirir
İranda hər il 1,5 milyon hektar ərazinin quraqlıq səbəbindən səhraya çevrildiyi açıqlanıb.
Demedia.az Mehr Xəbər Agentliyinə istinadən xəbər verir ki, İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının sədri Məhəmməd Cavad Əskəri bildirib ki, ölkəsində son bir neçə ildə yaşanan quraqlıq səbəbindən hər il təxminən 1,5 milyon hektar ərazi səhralaşma ilə üzləşir.
İranın Milli İqlim və Quraqlıq Böhranının İdarə Olunması Mərkəzinin prezidenti Əhəd Vazife martın 13-də verdiyi bəyanatda ölkəsində son 50 ildə yağıntıların miqdarının azaldığını açıqlamışdı.
Bahadur Seyidov