Avropada gərginlik artır - Yeni müharibə başlayır?
Kosova və Serbiya arasındakı gərglinlik artır.
Demedia.az xəbər verir ki, Kosovanın daxili işlər naziri Serbiya prezidenti Aleksandr Vuçiçin Kosovonun şimalını ilhaq etmək cəhdində birbaşa iştirak etdiyini bildirib: “Banjska kəndinə hücumla Serbiya, Vuçiç və Zveçanın əlaqəsinin hər gün danılmaz faktlarla şahidi oluruq. Bu terror təşkilatının yalnız bir məqsədi var idi - Kosovo Respublikasının şimalını ilhaq etmək”.
Xatırladaq ki, bir neçə gün bundan öncə Kosovanın şimalındakı serblərin çoxluq təşkil etdiyi Zveçan bələdiyyəsinin Banjska kəndində hücum olub. Bir polis ölüb, hücumçulardan 3-ü öldürülüb.
Bahadur Seyidov