Avropa İttifaqının xarici işlər nazirləri Kiyevdə bir araya gəlib



 11:24 02.10.2023     292

Avropa İttifaqının xarici işlər nazirləri ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə bir araya gəlib.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sosial media platformasında belə açıqlama verib. Qeyri-rəsmi görüşdən əvvəl Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransı keçirən Borrell, nazirlərin müharibə ilə bağlı son vəziyyəti və Ukraynaya verilən dəstəyi müzakirə edəcəklərini bildirib.

Borrell vurğulayıb ki, bütün üzv ölkələrin nazirləri Kiyevdə toplaşıb və Ukraynanı dəstəkləmək əzmində olduqlarını nümayiş etdiriblər.

Bahadur Seyidov