Braziliya Amazonlarında 100-dən çox delfin tələf olub



 12:51 02.10.2023     305

Braziliya Amazonlarında 100-dən çox delfin tələf olub.

Demedia.az xəbər verir ki, tarixi quraqlığın hökm sürdüyü Braziliyada bəzi yerlərdə suyun temperaturu 39 dərəcəni keçib. Məlumata görə, Tefe gölündə çox sayda delfin tələf olub. Açıqlamada 100-dən çox delfinin ölməsinin "qeyri-adi" olduğu vurğulanıb və mütəxəssislər bu hadisəni quraqlıq və Tefe gölündəki suyun temperaturunun artması ilə əlaqələndirib.

Səlahiyyətlilər quraq hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq edib.

Bahadur Seyidov