Əşyaları tez-tez itən ailə evə kamera qoydu - Nəticədə isə...



 19:00 02.10.2023     719

Nevşehirdə davamlı olaraq əşyaları itən ailə evlərinə təhlükəsizlik kamerası quraşdırıb.

Demedia.az xəbər verir ki, görüntülərə baxan ailə həyatlarının şokunu yaşayıb. 

Hadisə Esentepe rayonu Ürgüp küçəsində yerləşən yaşayış binasında baş verib. Təxminən 6 aya yaxındır evində bir şeyin olmadığını görən Ali İhsan Kayacı evinə təhlükəsizlik kamerası quraşdırıb. 10 gündən sonra evində yenidən əşyalarının yox olduğunu görən Kayacı təhlükəsizlik kamerasına baxanda oğrunun yuxarı mərtəbədəki qonşusu L.K. olduğunu anlayıb. Əli İhsan Kayacı təhlükəsizlik kamerası görüntülərindən istifadə edərək polisə şikayət edib.

Polis qrupları oğurluqda şübhəli bilinən L.K-nı saxlayıb. Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyə orqanlarına sövq edilən L.K. tutularaq həbsxanaya göndərilib.

Aysun / Demedia.az