Quterreş PKK terror təşkilatının Ankarada törətdiyi terror aktını pisləyib



 16:42 02.10.2023     263

BMT-nin baş katibi Antonio Quterreş PKK terror təşkilatının Ankarada törətdiyi terror aktını pisləyib.

Demedia.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik açıqlama verib. O, "PKK terror təşkilatının Ankarada törətdiyi terror aktına BMT-nin reaksiyası necədir?" sualına yazılı cavab verib.

Düjarrik Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürən PKK-ya qarşı İraqda hava əməliyyatı keçirməsi barədə xəbərləri oxuduqlarını və İraq və Türkiyəni suverenlik və ərazi bütövlüyü prinsipləri çərçivəsində təmkinli davranmağa çağırdığını bildirib.

Bahadur Seyidov