Ağrıları kəsən MÖCÜZƏ OT - Həyətlərdə yabanı halda bitir - Video



 10:41 03.10.2023     867

Əgər sümük və oynaqlarınızla bağlı probleminiz varsa, podaqradan əziyyət çəkirsinizsə, sizə həyətinizdə bitən, yabani və müalicəvi bir otdan danışacam.

Bu, möcüzəvi ot gicitkəndir.Gicitkəndə dəriyə bata bilən milyonlarla kiçik iynəcik var. Onlar yarpaqların altında, saplaqlarda olur. Bitkiyə toxunsanız, bu iynəciklər dərini deşir, bu zaman bədənə bəzi maddələr daxil olur. Həmin maddələrdən biri qarışqa turşusudur. Qarışqa dişləyən zaman qıcıqlanma, yanma hissi yaranır ha, səbəb elə həmin turşudur! Arı sancması zamanı da ifraz olunur.Gicitkən iynəsində, həmçinin, serotonin, asetilkolin kimi histamin birləşmələri də var. Onlardan hansının iltihab əleyhinə təsirə səbəb olduğunu dəqiq bilmirik. Bəlkə də, immun sisteminin bu maddələrə reaksiyası iltihabı azaldır. Bilinən isə odur ki, iltihablı oynağa-istər əl barmaqlarınıza, istərsə də ayaqlarınıza, çiyinlərinizə və ya dizlərinizə gicitkən sürtsəniz, iltihab və ağrı əhəmiyyətli dərəcədə azalacaq. Gicitkən olduqca təhlükəsizdir və çox asanlıqla əldə edilə bilər. Ot kimi hər yerdə böyüyür, çox ucuzdur, üstəlik, onu yeyə bilərsiniz.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək gicitkənin faydaları haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az