Üz siniri iflici nədir? - VİDEO



 11:03 03.10.2023     1275

Üz (fasial) sinir beyindən başlayır və gözün altından hərəkət edərək budaqlara ayrılır. Üz siniri üzümüzdəki əzələlərimizi işlədir ki,bu da danışma, çeynəmə, mimika və hissiyat kimi üz əzələlərimizdə meydana gəlir.

Göz yaşı və digər ləzzət və dad alma hissinə də üz siniri nəzarət edir. Üz sinirinin nevriti (BELLA İFLİCİ)- üz sinirin və üzün mimiki əzələlərinin iltihabi zədələnməsidir. Nəticədə həmin nahiyyənin əzələlərində zəiflik meydana gəlir, mimiki hərəkətlərin azalması (parez) və ya tamamilə itməsi (iflic), bu da nəticə etibariylə üzün assimmetriyasına səbəb olur. Üz sinirinin nevritinin simptomları patoloji prosesə sinirin hansı nahiyyəsi cəlb olunmasından asılı olaraq dəyişir. Bununla əlaqədar olaraq üz sinirinin mərkəzi və periferik nevrit formaları ayırd edilir. Üz sinirinin nevritinin tipik klinikası dioqnozun qoyulmasında çətinlik törətmir. Ancaq xəstəliyin ikincili xarakterli olmasını istisna etmək üçün instrumental müayinə aparılması mütləq hesab edilir.

Nevroloq Leyla Şahbazova mövzu barədə videoda məlumat verib. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz. 

Demedia.az  Nevroloq Leyla Şahbazova "Youtube"  kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az