Uşaqlarda TALASSEMİYA daşıyıcılığı - Əlamətləri bunlardır! - VİDEO



 11:10 03.10.2023     1207

Uşaqlarda talassemiya daşıyıcılığı.

Daşıyıcılıq talassemiyanın heteroziqot formasıdır. Daşıyıcı olan uşaqlar valideynlərdən birinın daşıyıcı olduğu zaman doğulurlar. Talassemiya daşıyıcılığı bir xəstəlik deyildir, başqa məqsədlərlə edilən qanın umumi analizində görülür. Uşağa heç bir şikayət verməz, heç bir kliniki əlamətlər olmaz və heç bir zaman xəstəliyə keçməz. Belə uşaqların eritrosit dediyimiz qırmızı qan hüceyrələrinin içərisindəki hemoqlobin molekulunun bir zəncirində defekt olur. Belə uşaqlarda risk, daşıyıcı birisi ilə evlənərsə yaranar. Çünki iki daşıyıcı valideyindən xəstə uşaq doğulma ehtimalı böyük olur.

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / DEMEDİA.AZ