113 nəfəri öldürən snayperçi: "Gündə 16 saat eyni vəziyyətdə oluram"



 19:00 03.10.2023     861

Rusiyanın aylardır davam edən Ukraynaya hücumunda ən qanlı toqquşmalar ölkənin şərqindəki kiçik bir şəhər olan Bəhkmutda baş verib.

Müharibədən əvvəl 70 min insanın yaşadığı bu kiçik şəhər, sonradan demək olar ki, dağıdıldı. Müharibə zamanı rus ordusu şəhərin kənarında gözlədiyi halda, o zaman içəridəki əməliyyatları Vaqner qrupu öz üzərinə götürdü. Baxkmutda 8 oktyabr 2022-ci ildə başlayan qarşıdurmalar düz 224 gün sonra 20 may 2023-cü ildə sona çatdı və şəhər Rusiyanın nəzarətinə keçdi.

Rus komandirlərinin də Bəhmutu ələ keçirmək üçün hərbi səbəbləri var. Ümid edilirdi ki, şəhər daha çox ərazi qazanması üçün bir addım ola bilər. Vaqnerin lideri Yevgeni Priqojin Bəhmutun tutulmasında həm öz reputasiyasını, həm də şəxsi ordusunu riskə atdı. O, muzdlularının rus ordusundan daha yaxşı bacardıqlarını göstərməyə ümid edirdi. O, minlərlə məhbusu ordusuna daxil etdi. Bu insanların çoxu Ukrayna müdafiə bölmələri ilə toqquşmalarda həlak olub.

Əslində, Baxkmut Ukrayna üçün kritik şəhər deyil. O zaman Kiyev administrasiyasının yeganə məqsədi rus ordusunun tərkibində döyüşən muzdluları mümkün qədər zərərsizləşdirmək idi. Bu səbəbdən də hər iki tərəf üçün ən kritik məsələ əsgər itkisi idi.

Son 9 ayda ABŞ istehsalı Barrett M107A1 snayper tüfəngi ilə 113 rus əsgərini öldürən xüsusi təyinatlı əsgər, öz komandasının bir gündə 558 rusu öldürdüyünü iddia edib. Son aylarda Ukraynanın əks-hücumlarına qarşı məsafəni azaltdıqlarını ifadə edən 'Ghost' atışların ümumiyyətlə 70 metrdən edildiyini qeyd etdi.

İnsider-ə açıqlamasına davam edən adı açıqlanmayan komandir, "Hücum planlaşdırıldığı zaman bizim vəzifəmiz əvvəlcə içəri girib ərazini təmizləməkdir" dedi. Gündə 16 saata qədər eyni mövqedə gözlədiklərini xatırladan şəxs, istifadə etdikləri silahların ümumiyyətlə ABŞ istehsalı olduğunu, eyni zamanda Ukrayna istehsalı olan bəzi tüfənglərdən də istifadə etdiklərini bildirib.

Gördüyü işin çox çətin olduğunu və insanları öldürməyin onu psixoloji cəhətdən yorduğunu qeyd edən əsgər, yaşadıqlarının ABŞ istehsalı filmlər kimi olmadığını söyləyib: 

"24 saat işləyirik, gecə ilə gündüzü ayırmırıq. Həftə sonları yoxdur".

Aysun / Demedia.az