Bu ölkədə pilotlara ətir səpmək qadağan edilir



 18:24 03.10.2023     303

Hindistan pilotlara və kabin heyətinə ətirdən istifadə etməyi qadağan etməyi planlaşdırır.

Demedia.az xəbər verir ki,  bu  barədə “The Hindu” saytı  məlumat yayıb. Qeyd edilib ki,  pilotlar və kabin heyəti üçün uçuşdan əvvəl ağız qarqarası və diş geli kimi spirt tərkibli məhsulların istifadəsi ilə bağlı qaydaları ehtiva etsə də, təklif olunan yeni tənzimləmədə ətirdən istifadə də qeyd olunub.

 Yeni tənzimləmədə ekipajın ətirdən istifadə etməməsi, əks halda alkotesterlə aparılan testlərin müsbət nəticə verə biləcəyi açıqlanıb.

Səhhətlərinə görə tərkibində spirt olan məhsul və ya dərman istifadə edən ekipaj üzvlərinin uçuşdan əvvəl şirkət həkimi tərəfindən müayinədən keçirilməli olduğu vurğulanıb.

Bahadur Seyidov