Bu ölkədə peyvəndə qarşı çıxan valideynlər həbs ediləcək



 18:23 03.10.2023     309

Pakistan peyvənd əleyhinə çıxan valideynləri həbs edəcək.

Demedia.az xəbər verir ki, Pakistanın Sind bölgəsində yerli hökumət tərəfindən qəbul edilən yeni qanunla uşaqlarını poliomielit və digər 8 ümumi xəstəliyə qarşı peyvənd etməyən ailələrin bir aya qədər həbs edilməsinə qərar verib.

Yeni qanun həmçinin valideynləri təxminən 170 dollar cərimələyəcək.

Qeyd edək ki, qanunun hazırlandığı Sind bölgəsində 62 min ailə yanvar ayında uşaqlarını peyvənd etməkdən imtina edib. Rəsmilər deyirlər ki, qanun ilk növbədə peyvəndlərin sayının artırılmasına yönəlib.

Peyvənd olunmayanlara həbs cəzası verilməsinin anti-peyvənd əhval-ruhiyyəsinin geniş yayılacağı ilə bağlı narahatlıqlarını  ifadə ediblər.

Bahadur Seyidov