“Rusiya və Ərəbistan “neft qumarında” qazandı”



 18:29 03.10.2023     291

ABŞ-nin aparıcı qəzetlərindən olan “Wall Street Journal” Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını məhdudlaşdıraraq mənfəətlərini artırdığını bildirib.

Demedia.az xəbər verir ki, “Səudiyyə Ərəbistanı və Rusiya neft  qumarında uddu” başlıqlı xəbərdə, Tehran və Kreml hökumətlərinin son addımları ilə milyardlarla dollar gəlir əldə etdiyi bildirilib.

İngiltərədə yerləşən enerji məlumatları şirkəti “Energy Aspects”in məlumatına görə,  Səudiyyə Ərəbistanının bu rübdə neft gəlirlərinin aprel-iyun dövrü ilə müqayisədə gündə təxminən 30 milyon dollar və ya 5,7 faiz artacağı gözlənilir. Bu, bütün üç aylıq dövr üçün təxminən 2,6 milyard dollar artım deməkdir. 

Məlumatlara görə, eyni dövrdə Rusiyanın neft gəlirlərinin təxminən 2,8 milyard dollar artacağı təxmin edilir.

Nəşr  Ər-Riyad və Moskva administrasiyalarının istehsalın məhdudlaşdırılması qərarını "Həm siyasi, həm də maliyyə baxımından riskli bir strategiya idi, lakin görünür, yaxşı nəticələndi" kimi qiymətləndirib.

Bahadur Seyidov