ABŞ-də cari ildə 1000-dən çox silahlaatışmada ölüb
ABŞ-də ilin əvvəlindən bu yana silahlı zorakılıq nəticəsində ölən uşaqların sayının 1324 nəfərə çatıb.
Demedia.az xəbər verir ki, onlardan 1096-nın 12-17 yaş arasında, 230-nun isə 11 yaşdan kiçik olduğu qeyd edilib. Son 9 ayda silahlı hücumlarda ümumilikdə 18 yaşdan kiçik 3570 uşağın yaralanıb.
Rəsmi məlumatlar ABŞ-də 2019-2021-ci illər arasında silahlı zorakılıq nəticəsində öldürülən uşaqların sayının 50 faiz artdığını göstərir.
Qeyd edilib ki, bu rəqəmlərə görə, ölkədə 18 yaşadək uşaqların ölüm səbəbləri arasında silahlı hücum yol-nəqliyyat hadisələrini üstələyərək gündə orta hesabla 3,6 ölümlə birinci yerə yüksəlib.
Həmçinin məlumatda qeyd edilib ki, ilin əvvəlindən bəri ABŞ-də silahlı zorakılıq nəticəsində həyatını itirənlərin ümumi sayı 32 min 548, yaralananların sayı isə 28 min 338 olub.
Bahadur Seyidov