Avrozonada işsizlik səviyyəsi avqustda azalıb



 18:31 03.10.2023     308

Avrozonada işsizlik səviyyəsi avqustda 6,4 faizə düşüb.

Demedia.az xəbər verir ki,  Avropa Statistika İdarəsi   Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin avqust ayı işsizlik göstəricilərini dərc edib.

Məlumatlara görə, avrozonada iyulda 6,5 faiz olan işsizlik səviyyəsi avqustda 6,4 faiz olub.

Avqust ayında işsizlik nisbəti İspaniyada 11,5 faiz, Yunanıstanda 10,9 faiz, İsveç və Estoniyada  7,6 faiz, İtaliya və Fransada isə 7,3 faiz təşkil edib.

 Avqustda Aİ-də işsizlərin sayı 12 milyon 837 min nəfər olduğu halda, onların 10 milyon 856 mini Avro Bölgəsindədir.

 Avqust ayında 25 yaşa qədər işsiz gənclərin sayı Aİ-də 2 milyon 687 min, Avro Bölgəsində isə 2 milyon 194 min olaraq müəyyən edilib.

Gənclər arasında işsizlik səviyyəsi Aİ-də 14 faiz, Avrozonada isə 13,8 faiz olaraq ölçülüb.

Bahadur Seyidov