Serbiya və Kosovo arasındakı gərginlik azalır? - Qüvvələrin bis hissəsini geri çəkdi



 18:32 03.10.2023     294

Serbiya Kosovo sərhədi yaxınlığında yerləşən qüvvələrinin bir hissəsini geri çəkib.

Demedia.az xəbər verir ki,  bu barədə  Serbiyanın Baş Qərargah rəisi Milan Mojsiloviç bildirib.  Mojsilovic qeyd edib ki, Serbiya qoşunlarının Kosovo sərhədində mövcudluğu "normal vəziyyətə düşüb".

Baş Qərargah rəisi həmçinin əlavə edib ki, 22 500 nəfərlik Serbiya ordusu “hazırlıq səviyyəsini rəsmən artırmayıb”.

Qeyd edək ki, Belqrad və Priştina arasında gərginlik sentyabrın 24-də Kosovonun şimalındakı Baniska kəndi yaxınlığındakı Serb Pravoslav monastırında barrikada quran 30-a yaxın silahlı serblə toqquşmasından sonra artıb. Hücumda 3 hücumçu və bir polis məmuru öldürülüb.

Toqquşmalar 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edən Kosovonun sabitliyi ilə bağlı yeni beynəlxalq narahatlıqları artırıb.

Bahadur Seyidov