Dayanacaqda dəhşətli qətl! - 40 gündən sonra tutuldu
İzmirin Konak rayonunda avtomobil dayanacağında Selami Arslanı (33) öldürməkdə təqsirli bilinərək axtarışda olan Soykan Aydemir (30) 40 gün sonra yaxalanıb.
Demedia.az xəbər verir ki, Aydemir polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə aparılıb.
Hadisə avqustun 24-də saat 06.30 radələrində, 1471 küçəsindəki dayanacaqda baş verib. Dayanacaq qarşısında hücuma məruz qalan Selami Arslan ətrafdakılar tərəfindən Alsancak Nevvar Salih İşgören Dövlət Xəstəxanasına gətirilib. Selami Arslan həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib. Hadisə ilə bağlı araşdırma başlatan polis qrupları dayanacaqda 7 ədəd boş patron və bir güllənin avtomobilin sol arxa qapısına dəydiyini müəyyən edib.
Silahla hücum anı dayanacaqın təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Şəkillərdə; Arslanın avtomobili ilə dayanacağa gəldiyi, daha sonra rəqibi Soykan Aydemirlə arasında başlayan mübahisənin davaya çevrilməsindən sonra Aydəmirin Arslana silahla atəş açdığı görünür.
Aysun / Demedia.az