Cənubi Koreya ölkəyə qanunsuz girməyə cəhd edən 22 Çin vətəndaşını saxladı



 18:23 03.10.2023     307

Cənubi Koreya Sahil Mühafizəsi qayıqla gələrək ölkəyə qeyri-qanuni yollarla daxil olmaq istəyən 22 Çin vətəndaşını yaxalayıb.

Demedia.az xəbər verir ki, 40 yaşlarında Çin vətəndaşlarından ibarət qrup, paytaxt Seuldan 140 kilometr cənubda, Boryeong bölgəsindəki limana yaxınlaşdıqdan sonra qayıqdan atılaraq qaçmağa çalışıb.

Çin vətəndaşlarından 21-i xilasedici jilet geyinərək sahilə doğru üzdükdən sonra liman yaxınlığında yaxalanarkən, onlardan biri hadisə yerindən qaçsa da o saxlanılıb.

Bahadur Seyidov