Nigerdə əsgərlərə hücum edildi



 18:23 03.10.2023     285

Nigerin Mali sərhədində terror əməliyyatından qayıdan ordu birləşmələri hücuma məruz qalıb.

Demedia.az xəbər verir ki, bu barədə Nigerin Müdafiə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, hücum zamanı 29 əsgər həyatını itirib, 2 əsgər isə ağır yaralanıb, çoxlu sayda terrorçu zərərsizləşdirilib. Nigerdə 3 günlük milli matəm elan edildiyi bildirilib.

Qeyd edək ki, Nigerdə hərbi çevrilişdən sonra ordu hökuməti ələ keçirib.

Bahadur Seyidov