Mourinyo postundan göndərilə bilər



 18:56 03.10.2023     313

İtaliya A seriyasında mövsümə pis başlayan “Roma”nın baş məşqçisi Joze Mourinyo postundan göndərilə bilər.

Demedia.az xəbər verir ki, Mourinyonun müqaviləsi mövsümün sonunda başa çatır. “Sport Mediaset”də yer alan xəbərə görə, “Roma” rəhbərliyi Mourinyodan sonra baş məşqçi postuna Antonio Konteni gətirmək istəyir.

Qeyd edək ki, Mourinyo “Roma” ilə Konfrans Liqasında çempionluğu qazanıb. UEFA Avropa Liqasının finalında isə “Roma” “Sevilya”ya uduzub.

Bahadur Seyidov