Yunanıstandan Ukraynaya taxılla bağlı təklif



 22:14 03.10.2023     328

Ukraynadan təhlükəsiz taxıl ixracı üçün həll yolu tapılmalıdır.

Demedia.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis belə deyib. Yunanıstanın xarici işlər naziri Giorgos Yerapetritis Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısına qatılıb. Yerapetritis iclasdakı çıxışında bildirib ki, Ukraynadan təhlükəsiz taxıl ixracı üçün həll yolu tapılmalıdır.

Yunanıstanın bu məsələnin həllinə töhfə verməyə hazır olduğunu bildirən Yerapetritis, taxılın Yunanıstanın şimalından və xüsusilə Aleksandrupoli limanından daşınmasının mümkün olduğunu qeyd edib.

Bahadur Seyidov