10 addımda çəkinizi azaldın! - VİDEO



 11:21 04.10.2023     728

Sağlamlıqda problem yaranırsa, ilk növbədə buna səbəb kimi artıq çəki göstərilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda yer üzündə 2 milyard insan artıq çəkidən, 600 milyon isə piylənmədən əziyyət çəkir. Özü də hazırda dünyada artıq çəkisi olan 250 milyon uşaq var. Artıq çəki dəhşətli bir bəlaya çevrilib. Artıq çəkisi olanların həm də yüksək təzyiqi olur. Bu da xəstəlik paketinə daxil olan bir problemdir. Artıq çəki, piylənmə, yüksək təzyiq yan-yana gedirlər, biri varsa, digəri də mütləq yaranacaq. Dünyanı hörümçək toru kimi bürüyən fastfud qida şəbəkələri ziyanlı qidanı satmaqla qeyri-sağlam bir dünya yaradıblar.

Endokrinoloq Ayşən Xəlilova 10 addımda çəkini necə azaltmaq barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az