Uşaqlarda LYAMBLİOZUN Diaqnostikası - VİDEO



 11:33 04.10.2023     609

Lyamblialar yoluxmuş insanın bağırsaqlarında müəyyən müddətdən sonra böyüyür, sərt qişa ilə (sista) örütülür və nəcislə xaricə ifraz olunur.

Belə sistalar milyonlarla ifraz olunur və xarici mühitin təsirlərinə çox davamlı olur (uzun müddət ərzində sağ qalır). Bir çox hallarda lyamblia ilə yoluxma özünü heç bir əlamətlə büruzə verməyə bilər və özü özündən müalicəsiz keçə bilər. İnsanın immun sistemi lyambliaları məhv edir. Digər hallarda yoluxmuş insanda lyamblioz inkişaf edə bilər. Əksər hallarda bu immun sistemi zəif olan insanlarda baş verir. Uşaqların immun sistemi hələ ki tam formalaşmamış olur ki, bu səbəbdən onlarda lyamblioz daha tez-tez aşkar olunur. Digər tərəfdən uşaqlar tez-tez barmaqlarını, müxtəlif kiçik əşyaları, oyuncaqları ağzına salır ki, bu da yoluxmanın riskini daha da artırır.

Qastroenteroloq-hepatoloq Nazlı Qasımova mövzu barədə videoda ətraflı məlumat verir. 

Demedia.az Qastroenteroloq-hepatoloq Nazlı Qasımova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az