Bolqarıstandan Rusiya ilə bağlı kritik qərar



 16:45 04.10.2023     297

Bolqarıstan Avropa Komissiyasının sentyabrın 8-də dərc etdiyi sanksiyalar çərçivəsində Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini və tranzitini qadağan edir.

Demedia.az xəbər verir ki,  Rusiya dövlət nömrə nişanlı avtomobillər ən geci 6 ay ərzində ölkəni tərk etməli olacaqlar.  Bu tədbir o deməkdir ki, Rusiya vətəndaşları öz şəxsi avtomobilləri ilə, hətta turistik səfərlər üçün də ölkəyə daxil ola bilməzlər.

Bolqarıstan Sərhəd Polisinin direktoru Anton Zlatanov Rusiya dövlət nömrə nişanlı yük maşınlarına qoyulan qadağanın şəxsi avtomobilləri də əhatə etməklə uzadıldığını açıqlayıb. Zlatanov hazırda Bolqarıstan sərhədlərində Rusiya dövlət nömrə nişanlı avtomobillərin sayı barədə məlumat verməsə də, onların sayının çox olmadığını bildirib.

Bahadur Seyidov