Putin gələn il yenidən prezidentliyə namizəd olacaq?



 17:12 04.10.2023     305

Rusiya Prezidenti Vladimir Putin noyabrda keçiriləcək konfrans çərçivəsində 2024-cü ilin martında keçiriləcək seçkilərə qatılacağını açıqlaya bilər.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb. Bu, Putinin 2030-cu ilə qədər hakimiyyətdə qalması istiqamətində ilk addım ola bilər.

Qəzet Putinin konfransda nə edə biləcəyi ilə bağlı başqa ssenarilərin də olduğunu və yekun qərarın ona aid olduğunu bildirib.

Qeyd edək ki, 1999-cu ildə Rusiyanın keçmiş prezidenti Boris Yeltsin tərəfindən prezidentliyə təyin olunan və oktyabrın 7-də 71 yaşı tamam olacaq Putin SSRİ lideri İosif Stalindən bəri bütün Rusiya hökmdarlarından daha uzun müddətdir rəhbərlik edir. Putin hətta SSRİ lideri Leonid Brejnevin 18 illik səlahiyyət müddətini də keçib.

Bahadur Seyidov