İtaliyada dəhşətli qəza - Sərnişinlər diri-diri yandı



 15:14 04.10.2023     299

İtaliyanın Venesiya şəhərində sərnişinləri olan avtobus körpüdən aşıb.

Demedia.az  xəbər verir ki, avtobus təxminən 10 metr uçaraq elektrik xəttinə toxunaraq yerə çırpılıb və dərhal alovlanıb. O, metan üzərində işlədiyi üçün insanların bir qismi diri-diri yanıb. 

İlkin məlumata görə, 21 nəfər həlak olub, daha 12 sərnişin yaralanıb. İtkin düşənlər də var.

İtaliya mətbuatında yer alan xəbərlərdə qəzada çox sayda insanın yaralandığı və qəzanın səbəbinin hələ bilinmədiyi bildirilib. Qəzaya görə Mestre ilə Venesiya arasında dəmir yolu xətti dayandırılıb.

Bahadur Seyidov