ABŞ tarixində bir ilk – Partiya sədrini öz deputatları vəzifədən göndərdi
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti respublikaçılar arasında dəstəyinin azalmasından sonra vəzifəsindən uzaqlaşdırılıb.
Demedia.az xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı onun partiyasının deputatları təklifi və səsvermə ilə Makkarti postundan gedib.
Öz partiyası daxilində dəstəyin azalmasından sonra Makkarti müasir Amerika tarixində öz partiyasının üzvlərinin səsləri ilə vəzifəsindən uzaqlaşdırılan ilk Nümayəndələr Palatasının sədri olub. Həmçinin qeyd edilib ki, ABŞ Nümayəndələr Palatası 110 ildən artıq müddətdə ilk dəfə spikerin vəzifəsindən azad edilməsi üçün səs verib.
Bahadur Seyidov