Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatı şərtlərini tam yerinə yetirir



 17:22 04.10.2023     293

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatı şərtlərini tam yerinə yetirir.

Demedia.az xəbər verir ki, ​Rusiya baş nazirinin müavini Aleksandr Novak belə açıqlama verib. Novak “Rossiya 24” televiziyasına verdiyi açıqlamada Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatı şərtlərini tam yerinə yetirdiyini və bazarın balanslaşdırılmış olduğunu bildirib.

“İştirakçı ölkələrin gündəlik 1,7 milyon barel könüllü əlavə azaldılması ilə bağlı əldə etdikləri razılaşmalar tam şəkildə həyata keçirilir. Bundan əlavə, Səudiyyə Ərəbistanı hasilatı daha da azaldıb və könüllü öhdəliklərini yerinə yetirir. İstehsalını 500 min azaldan Rusiya avqust ayında ixracatını da 300 min azaldıb. Biz öhdəliklərimizi tam yerinə yetiririk”, - deyə Novak bildirib.

Bahadur Seyidov