"Bayden Ukraynadakı vəziyyətə görə Rusiya ilə birbaşa münaqişə etmək niyyətində deyil"



 18:31 04.10.2023     285

Co Bayden Ukraynadakı vəziyyətə görə Rusiya ilə birbaşa münaqişə etmək niyyətində deyil.

Demedia.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken belə açıqlama verib. O bildirib ki, mümkün münaqişə amerikalıların təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Blinken bəyan edib ki, Prezident Bayden bütün gücü ilə Ukraynaya dəstək verməyə davam etmək niyyətindədir, lakin eyni zamanda Rusiya ilə birbaşa hərbi münaqişədən qaçmağa çalışır.

“Birbaşa münaqişə potensial olaraq heç kimin istəmədiyi yerə gətirib çıxara bilər” – Bayden deyib.

Bahadur Seyidov