Kiyev rejimi münaqişənin davam etməsini istəyir - Rusiya



 18:00 04.10.2023     309

Kiyev rejimi sülhə meylli deyil və münaqişənin bundan sonra da davam etməsini istəyir.

Demedia.az xəbər verir ki, Rusiya nümayəndə heyətinin sədr müavini Konstantin Vorontsov belə deyib. O BMT Baş Assambleyasının Birinci Komitəsinin iclasında bilirib ki,  Kiyev rejimi sülh istəmir.

“Ukraynalı nümayəndənin çıxışı Kiyevdə həyata keçirilən xəttin və siyasətin bütün ikiüzlülüyünü bir daha təsdiqləyir. Bu çıxış açıq şəkildə göstərir ki, Kiyev rejimi heç bir sülhə meylli deyil, yalnız münaqişəni davam etdirmək, bu böhranı həll etmək yollarını axtarmadan Rusiyaya qarşı növbəti ittihamlar irəli sürmək əzmindədir”, - deyə Vorontsov bildirib.

Bahadur Seyidov