Rişi Sunak G7 və NATO liderləri ilə Ukraynadakı vəziyyəti və taxıl sazişini müzakirə edib



 19:14 04.10.2023     306

Böyük Britaniyanın baş naziri Rişi Sunak G7 və NATO müttəfiqlərinin liderləri ilə Ukraynadakı vəziyyəti və taxıl sazişini müzakirə edib.

Demedia.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında dərc olunan bəyanatda deyilir. Açıqlamada bildirilir ki, Baş nazir G7, NATO, Polşa və Rumıniya liderləri ilə görüş keçirib. Açıqlamada ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən görüşdə hər iki tərəfin Ukraynadakı vəziyyəti və taxıl müqaviləsini müzakirə etdiyi bildirilib.

Qeyd edilib ki, Sunak Britaniyanın lazım olduğu müddətcə Ukraynaya lazımi dəstəyi, o cümlədən hərbi dəstəyi verməyə davam edəcəyinə bir daha bəyan edib.

Bahadur Seyidov