Türkiyədə zəlzələ... - Professor açıqladı
Türkiyədə Hatayın Samandağ rayonunda 4,0 bal gücündə zəlzələ olub.
Demedia.az xəbər verir ki, professor Naci Görür zəlzələ ilə bağlı açıqlama verib.
Mərkəzi Kahramanmaraş olan zəlzələlərdən böyük ziyan görən Hatayda artçı təkanlar özünü hiss etdirməyə davam edir.
Elmlər Akademiyasının qurucu üzvü Naci Görür, sosial media hesabında bu sözləri deyib: "Denizgören-Yayladağı/Hatay sahillərində 4.1 zəlzələ. Bu zəlzələ Antakya Fay sisteminin dənizdəki davamı olan bir artçı zəlzələdir. Narahatlıq yoxdur”.
Aysun / Demedia.az