Alman həkimlər bu otun çayını şəkər xəstələrinə yazır - Küçələrdə bitirmiş - VİDEO



 09:31 05.10.2023     544

Hazırda-dərman vasitələrinin kütləvi istifadəsi dövründə həkimlər nadir hallarda xalq təbabətinə müraciət edirlər. Ancaq öz effektivliyini çoxdan sübut etmiş ənənəvi üsullar var ki, ən inkişaf etmiş ölkələrdə belə, həkimlər bu üsullara yönəlirlər.

Yəqin ki, diabetin sağalmaz xəstəlik olduğu haqda tez-tez eşidirsiniz. El arasında şəkər xəstəliyi adlanan Diabetin 2 növü var. 1 və 2-ci tip diabet. “Tip I diabet”. Bədənin özünü məhv etdiyi avtoimmun xəstəlikdir. Bu tip şəkərli diabetdə immun sistemi mədəaltı vəzinin hüceyrələrini məhv edir. Nəticədə, orqanın kifayət qədər qan şəkərini tənzimləyən insulin hormonu istehsal etməməsinə səbəb olur. Bu tip diabetin əsas səbəbi genetik xüsusiyyətlərdir. Bununla belə, infeksiyaların və digər ətraf mühit amillərinin təsiri altında da baş verə bilər. Qeyd etməliyəm ki, yad təsirlər nəticəsində yaranma hallarına nadirən rast gəlinir. I tip diabet, əksərən, gənc yaşlarda inkişaf edir. “Tip II diabet.” Əsas səbəbi insanın həyat tərzi və qidalanma vərdişidir. Genetik meyillilik də rol oynaya bilər, lakin yüksək karbohidrat qəbulu, fiziki aktivliyin az olması, piylənmə daha vacib amillərdir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az