"MƏZLUM ERMƏNİ" MİFİNİ DAĞIDACAQ MƏHKƏMƏ!



 09:45 05.10.2023     176

Həbs olunub Bakıya gətirilən, bir çox cinayətlərdə təqsirləndirilən bu təlxəklərin məhkəməsində sözsüz ki, onların əməllərinin birbaşa şahidi olan, yaxud zərərçəkmiş vətəndaşlarımız da şahid qismində ifadə verəcəklər. Bu öz yerində.

Ancaq düşünürəm, keçiriləcək məhkəmə prosesləri bütün Azərbaycan televiziyalarında canlı olaraq yayımlansa, hətta imkan olsa, digər ölkələrin televiziyalarından da efir vaxtı alınsa, bütün dünya bu canilərin hansı əməllər sahibi olduqlarının aşıq-aşkar şahidi olacaqlar. Həm də məhkəmələrin şəffaf, qərəzsiz, bütün hüquqi prosedurlara riayət olunmaqla keçirildiyini qulağı kar, gözü kor olan bir sıra beynəlxalq güclər də görəcəklər. 

Bu məhkəmələr çoxəsrlik erməni cinayətlərinin, erməni terrorunun bütün dünya üçün necə təhlükəli və üzqarası olduğu barədə həqiqətlərin bütün bəşəriyyətə çatdırılmasında mühüm rol oynayacaq. Azərbaycanın canilər üzərində quracağı ədalət məhkəməsinin beynəlxalq aləmdə süni yaradılmış “məzlum erməni xalqı” obrazını darmadağın edəcəyinə əminəm!

İlham TUMAS