ABŞ ələ keçirdiyi İran güllələrini Ukraynaya göndərdi



 13:00 05.10.2023     300

ABŞ İrandan ələ keçirdiyi 1,1 milyon güllənin Ukraynaya göndərildiyini təsdiqləyib.

Demedia.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu məlumatı  təsdiqləyib. 

O həmçinin  qeyd edib ki, İranın bu addımı ilə BMT Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinin pozulub: “Ukraynanın tiranlığa qarşı azadlıq mübarizəsini dəstəkləmək və İranın regionda və onun hüdudlarından kənarda sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq üçün addımlar atmağa davam edəcəyik”, - deyə Ağ Ev rəsmisi  bildirib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq, İranın Yəməndəki husi milislərinə göndərdiyi düşünülən 1,1 milyon güllənin dekabr ayında ABŞ tərəfindən ələ keçirmişdi.

Bahadur Seyidov