Kosmosu zibilləyən şirkət cərimələndi
Dünyada ilk dəfə kosmosu zibilləyən şirkət cərimələnib.
Demedia.az xəbər verir ki, şirkətlər köhnə peyklərini kosmosda saxlayır. Bu isə kosmosun da zibillənməyinə səbəb olur. Kosmosdan istifadə ilə bağlı hələlik real qanun olmasa da, ABŞ Federal Cinayət Məhkəməsi zibillərini Space-də yanlış yerə qoyan şirkəti cərimələyib.
Komissiyadan verilən açıqlamaya görə, şirkət 2002-ci ildən orbitdə olan Echostar-7 adlı peyk "orbitdən düzgün çıxarılmadığı üçün 150 min dollar cərimələnib.
Məlumat üçün bildirək ki, Yer orbitində olan peyklər təkcə Kosmosa və ya orbitə deyil, həm də Yerə təhlükə yaradır. Birləşmiş Millətlər Təşkilatının Kosmik Məsələlər İdarəsinin məlumatına görə, orbitdə mərmər ölçüsündə yarım milyon parça və təxminən bir millimetr ölçüsündə yüz milyon parça dağıntılar var. Bu hissələr bəzən bir-biri ilə toqquşaraq işləyən peykləri zədələyir, bəzən isə uçuşlar istiqamətində problemlər yaradır.
Bahadur Seyidov