İranda Əxlaq polisi hicaba görə 16 yaşlı qıza fiziki zorakılıq göstərib - İDDİA
İranın paytaxtı Tehranda 16 yaşlı qız metronu huşunu itirərək komaya düşüb.
Demedia.az xəbər verir ki, səlahiyyətlilər qızla rəsmi qurumlar arasında heç bir qarşıdurma olmadığını, təzyiqi aşağı düşdüyü üçün qızın "huşunu itirdiyini" bildirib.
İranda kürdlərin hüquqlarını izləyən Hengaw Təşkilatı bildirib ki, 16 yaşlı Armita Qaravand bazar günü Tehran metrosunda Əxlaq Polisinin qadın məmurlarının zorakı fiziki hücumu nəticəsində komaya düşüb.
Təşkilat yeniyetməyə qarşı hicabı düzgün taxmadığına görə fiziki zorakılıq məruz qaldığını deyib. Gənc qızın ağır vəziyyətdə paytaxtdakı Fəcr xəstəxanasına aparıldığı, ailəsi də daxil olmaqla heç kimin ona baş çəkməsinə icazə verilmədiyi qeyd edilib.
Xatırladaq ki, İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmini əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq keçmiş komaya düşmüş və 3 gün sonra xəstəxanada ölmüşdü. Bundan sonra İranda kütləvi etirazlar baş vermişdi.
Bahadur Seyidov