Hindular və müsəlmanlar arasında gərginlik - Komendant saatı tətbiq edildi



 12:21 05.10.2023     302

Nepalın paytaxtı Katmandudan 400 kilometr qərbdə yerləşən Nepalgunc şəhəri ötən həftə sonunu hindular və müsəlmanlar arasında gərginliklə keçirib.

Demedia.az xəbər verir ki,  bundan sonra şəhərdə  qeyri-müəyyən müddətdə komendant saatı elan edilib. AP xəbər agentliyinin məlumatına görə, gərginlik bir hindu uşağın sosial şəbəkədə müsəlmanlarla bağlı paylaşımından sonra başlayıb.

Sosial şəbəkələrdəki paylaşımlara etiraz edən müsəlman qrupları nəqliyyatın hərəkətini kəsib təkərləri yandırarkən, daha böyük bir hindu qrupu çərşənbə axşamı küçələrə axışaraq etiraz ediblər.

Bahadur Seyidov