Amerikada 75 mindən çox səhiyyə işçisi tətil elan etdi
ABŞ-nin ən böyük səhiyyə təşkilatlarından biri olan Kaiser Permanente-nin 75 mindən çox işçisi pis iş şəraitinə görə tətilə çıxıb.
Demedia.az xəbər verir ki, tTibb bacıları, təcili xidmət texnikləri və tənəffüs terapevtləri də daxil olmaqla ABŞ-da yüzlərlə şöbəsi olan Kaiser-in işçiləri oktyabrın 7-dək işləməyəcəklərini bildiriblər.
Bu tətil ABŞ tarixində səhiyyə işçilərinin ən böyük tətilidir.
İçiləri yaşayış bahalığına qarşı maaşların artırılması və işçilərin sayının artırılması kimi əsas hüquqların tələblərini dilə gətirirlər.
Onu da qeyd edək ki, hazırda ABŞ-də Birləşmiş Avtomobil İşçiləri Həmkarlar İttifaqının 25 mindən çox üzvü “Ford Motor”, “General Motors” və “Stellantis “şirkətlərinə qarşı tətil edir.
Bahadur Seyidov