Evdən heç çıxmadığı iddia edilirdi, illər sonra...



 19:01 05.10.2023     566

80-90-cı illərdə türk kinosunda iz qoyan adlardan olan Harika Avcının səhhətində yaranan problemlər səbəbindən evindən çıxmadığı, heç kimlə görüşmədiyi bildirilir.

Demedia.az xəbər verir ki, uzun müddətdir kameralardan uzaq yaşayan 63 yaşlı Yeşilçam ulduzu illər sonra görüntülənib.

Sirroz diaqnozu qoyulduğu və müalicədən imtina etdiyi və aylarla heç kimlə görüşməyən Harika Avcı illər sonra ortaya çıxıb. Müğənnilik karyerası ilə yanaşı aktyorluğu ilə də diqqət çəkən sənətçi 6 aydır kirayə pulunu ödəyə bilmədiyi iddia edilən Bakırköydəki evinin qarşısında itini gəzdirərkən kameralara tuş gəlib.

'2. Page xəbərinə görə; Səhhətinin yaxşı olduğunu bildirən Harika Avcı, "Yaxşıyam, bomba kimiyəm" deyib. O, kirayə haqqını ödəmədiyi iddiasını da təkzib edib.

Bir zamanlar məşhurlar dünyasının ən məşhur adlarından biri olan Avcı “Qardaşını bu yaxınlarda itirdin, başsağlığı verirəm” deyərək, “Qardaşım sağdır, belə bir şey yoxdur” deyib.

Aysun / Demedia.az