iPhone 15 Pro alanların nəzərinə! - Apple problemi etiraf etdi



 23:09 05.10.2023     1452

Apple, iPhone 15 Pro-nun həddindən artıq qızma problemini etiraf etdi və bir yeniləmə buraxacağını söyləyib.

Demedia.az xəbər verir ki, açıqlamada deyilib:

“Biz iPhone-un həddindən artıq qızması ilə bağlı bir neçə vəziyyət aşkar etdik. Təzə quraşdırmadan və ya bərpa etdikdən sonra telefon ilk bir neçə gün ərzində bir az isinə bilər. Bu, fon fəaliyyəti ilə bağlıdır. Biz həmçinin iOS 17-də bəzi istifadəçilərə təsir edən bir səhv olduğunu aşkar etdik. Bu səhv proqram yeniləməsi ilə aradan qaldırılacaq. Digər problem 3-cü tərəf proqramlarının ən son yeniləmələri ilə bağlıdır. Bu yeniləmələr sistemin həddindən artıq yüklənməsinə səbəb olur. Biz lazımi düzəlişləri etmək üçün proqram tərtibatçıları ilə işləyirik".

Bildirilib ki, iOS 17 yeniləməsi A17 Pro çipinin performansını aşağı salmayacaq, problem təhlükəsizlik riski yaratmayacaq və uzun müddət ərzində iPhone 15 Pro-nun performansına təsir göstər

Aysun / Demedia.az