Ukraynada 26 mindən çox adam itkin düşüb



 20:06 05.10.2023     301

Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenko ölkədə 26 mindən çox adamın itkin düşdüyünü bəyan edib.

Demedia.az xəbər verir ki, Timçenko televiziya proqramındakı çıxışında ölkədə itkin düşmüş mülki vətəndaş və əsgərlərin sayı barədə məlumat verib. Hazırda ölkədə itkin düşən 26 mindən çox adamın axtarıldığını bildirən Timçenko bildirib ki, onların 11 mini mülki, təxminən 15 mini isə əsgərdir.

Timçenko qeyd edib ki, itkin düşmüş şəxs haqqında məlumatlar qeydə alınır və müvafiq siyahıya əlavə edilir.

Bahadur Seyidov