Kanar adalarında meşə yanğınları baş verib



 20:08 05.10.2023     319

İspaniyanın Kanar adalarında yerləşən Tenerife şəhərində baş verən meşə yanğın səbəbindən 3 mindən çox insanın təxliyə edildiyi açıqlanıb.

Demedia.az xəbər verir ki, Tenerifenin fövqəladə hallar rəsmisi Blanca Perez yanğının sürətlə artması səbəbindən təxliyəyə başladıqlarını bəyan edib. Perez, alovların təxminən 15 min hektar əraziyə yayıldığını və bunun son 40 ildə adada baş verən ən güclü meşə yanğını olduğunu bildirib.

Yanğınların qarşısını almaq üçün canlı qüvvə və texnikalar cəlb edilib.

Bahadur Seyidov