Tayvanda qasırğa fəsadlara səbəb oldu
Tayvanın cənubunda təsirli olan “Koinu” qasırğası nəticəsində 1 nəfər ölüb, 304 nəfər yaralanıb.
Demedia.az xəbər verir ki, ölkənin cənubundakı Cape Eluanb bölgəsinə çatan Koinu qasırğası səbəbindən adada təhsil dayandırılıb və iş yerləri bağlanıb. Qasırğa nəticəsində bir çox ağac kökündən çıxıb, bəzi binalara ziyan dəyib.
Tayvan Meteorologiya İdarəsi, tayfunun küləyin sürətinin saatda 173 kilometrə yüksəldiyini bəyan edib.
Bahadur Seyidov