Dəyişilən taktika nə ola bilər? TERROR!



 12:18 06.10.2023     170

Səhər avtobusla işə gəlirəm. Bir kişi avtobusa minib, əlindəki balaca əl çantasını qabaqda oturcaqların arasına qoyub, keçib arxa tərəfdə əyləşdi. Ərinmədim, çantanı götürüb, yaxınlaşdım.

- Sizindi?

- Hə.

- Zəhmət olmasa, özünüzdə saxlayın, balaça şeydi.

- Yeməyimdi, işə gedirəm.

- Olsun, qardaş, ancaq özünüzdə saxlayın.

Sağ olsun, sözümü yerə salmadı.

Kimlərisə qorxutmaq, əhali arasında panika yaratmaq fikrində deyiləm. Ancaq bir-birinin ardınca qazandığımız uğurları düşmənlərimizin beləcə rahat şəkildə həzm eləyəcəyinə inanmıram. Siyasətdə, diplomatiyada, hərb meydanında rəzilcəsinə məğlub olan bu çaqqal sürüsünün, fahişə yığnağının taktikanı dəyişəcəyinə adım əminəm. Dəyişilən taktika nə ola bilər? TERROR!

İctimai nəqliyyatda, insanların gur olduğu yerlərdə, qapalı məkanlarda gözümüz dörd olmalıdır. Hər şübhəli məqam, detal, şəxs barədə hüquq-mühafizə orqanlarına xəbər vermək lazımdır. Şükür olsun Tanrıya, Azərbaycanımızın, Dövlətimizin, Xalqımızın yarıdı, ancaq yenə də bunların illərdən bəri törətdikləri cinayətləri xatırlasaq, hansı düşmənlə üz-üzə durduğumuzu unutmamalıyıq!

İlham TUMAS