Putindən Priqojinin düşdüyü qəza ilə bağlı açıqlama



 14:42 06.10.2023     324

Priqojinin qəzaya uğrayan təyyarədə cəsədlərin üzərində əl qumabarası  aşkarlanıb.

Demedia.az xəbər verir ki,  bu  barədə Rusiya Prezidenti Vladimir Putin   Soçidə keçirilən Beynəlxalq Valday Klubunun toplantısında cari məsələlərlə bağlı sualları cavablandırarkən  bildirib.

O  Rusiya İstintaq Komitəsi bu yaxınlarda “Vaqner”in yüksək rütbəli şəxslərinin öldüyü qəza ilə bağlı açıqlama verdiyini qeyd edib: “Qəzada ölənlərin cəsədlərində əl qumbarasının hissələri tapılıb. Təyyarəyə heç bir kənar təsir olmayıb və bu, Rusiya İstintaq Komitəsinin apardığı araşdırma nəticəsində sübuta yetirilən faktdır”.

Qeyd edək ki,  avqustun 23-də “Vaqner”in rəhbəri Priqojin də  daxil olmaqla 10  nəfər təyyarə qəzasında həlak olub.

Bahadur Seyidov