İsrailin açdığı atəş nəticəsində bir fələstinli öldü



 14:52 06.10.2023     340

İşğal altındakı İordan çayının qərb sahilində İsrail hərbçilərinin açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.

Demedia.az xəbər verir ki, İsrail qüvvələri Nablusun Huvvara qəsəbəsində bir evi mühasirəyə alaraq içəridəki insanlara atəş açıb. Daha sonra əsgərlər yaralılardan birini evdən çıxararaq gizlədiblər.

Hücum Huvvaradan olan qırıcının İsrail gəmisinə atəş açmasından təxminən bir saat sonra başlayıb.

 İsrail ordusundan verilən açıqlamaya görə, Huvvarada   baş verən silahlı hücumdan sonra İsrail Müdafiə Qüvvələri və İsrail Daxili Kəşfiyyat Xidməti Şin-Bet (Şabak) hücumçunun yerini müəyyən etmək üçün əməliyyata başlayıb. 

Qeyd edək ki, dünən İsrail ordusu işğal altındakı İordan çayının şimal sahilində yerləşən Tülkərəm bölgəsinə basqınları nəticəsində daha 2 fələstinli həlak olub, 3 nəfər yaralanıb.

Bahadur Seyidov