Rusiya Ukraynanın mindən çox xəstəxanasına hücum edib
“Ukraynada müharibə başlayandan bəri 1243 sağlamlıq mərkəzinə hücumlar edilib”.
Demedia.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunub.
Qeyd edilib ki, bundan əlavə mülki obyektlərə də hücumlar olub: "Bu, zorakılıq aktıdır. 24 fevral 2022-ci ildən Ukraynada səhiyyə müəssisələrinə 1243 hücum təsdiqlənib. ÜST ehtiyacları ödəmək üçün yerli hakimiyyət orqanları ilə işləməyə davam edir",- deyə açıqlamada bildirilib.
Bahadur Seyidov