Rusiya bu halda nüvə silahından istifadə edəcək



 15:58 06.10.2023     347

“Əgər Rusiya dövlətinin mövcudluğuna təhlükə yaranarsa, biz nüvə silahından istifadə edəcəyik”

Demedia.az xəbər verir ki,  bunu Rusiya  Prezidenti Vladimir Putin Soçidə keçirilən Beynəlxalq Valday Klubunun toplantısında cari məsələlərlə bağlı sualları cavablandırarkən deyib.

Prezident Rusiya dövlətinin varlığı təhlükə altında olarsa, nüvə silahından istifadə edəcəklərini bildirib: "Ağılı və yaddaşı yerinde olan birinin Rusiyaya qarşı nüvə silahı istifadə etməyi düşünəcəyini düşünmürəm".

Bahadur Seyidov